Rusiya yığması Olimpiya Oyunlarından kənarlaşdırıla bilər
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax Rusiya yığmasının Rido-de-Janeyroda keçiriləcək Olimpiada-2016-dan kənarlaşdırılacağını istisna etməyib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, onun sözlərini Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri sitat gətirib.
O izah edib ki, bu, “dopinq proqramının” mövcudluğuna dair ittihamlar təsdiqini taparsa mümkün olacaq.
“BOK-un ayrı-ayrı idamnçıları deyil, eləcə də onların ətrafını məsuliyyətə cəlb edəcəyinə dair şübhə olmamalıdır. Olimpiya oyunlarından ömürlük kənarlaşdırma və ciddi pul cərimələri, Ümumrusiya Yüngül Atletika Federasiyası ilə olduğu kimi bütün milli federasiyanın kənarlaşdırılması da ola bilər”, - Bax bəyan edib.
Mənbə:> Oxu.Az