Qurban Qurbanov: İlham Əliyevin bir əmri yetər
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov erməni təxribatına münasibət bildirib.
Oxu.Az-ın klubun saytına istinadən xəbər verir ki, baş məşqçinin açıqlamasnda qeyd olunur:
“Bir neçə gün ərzində cəbhə bölgəsində torpaqlarımızın işğalçılardan azad olunmasıyla bağlı xəbərlər gəlməkdədir. Azərbaycan ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir. Döyüşlər zamanı 15 əsgərimizin şəhid olması üzücüdür.
Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Hər bir şəhidimiz bizim üçün əzizdi. Amma inanıram ki, vətən uğrunda axıdılan qanlar boşuna deyil. Bu gün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir. Bu gün biz burda cəbhədən uzaq olsaq da hər birimizin fikri, duası əsgərlərimizlədir. Hər kəs öz işini müvəffəqiyyətlə yerinə yetirməyə çalışsa dövlətimizə, əsgərlərimizə yardım etmiş olarıq. Allaha şükür olsun ki, hazırda güclü dövlətimiz, ordumuz var.
Amma ölkəmizin prezidenti,ali baş komandan İlham Əliyevin bir əmri yetər ki, əli silahlı topraqlarımızın müdafiəsinə yollanaq. O, əmr gəldiyi zaman hər birimiz vətən üçün döyüşməyə hazırıq”.
Mənbə:> Oxu.Az