“Fənərbaxça” azarkeşləri Rusiyaya buraxılmadı
Avropa Liqasının 1/16 finalında “Lokomotiv” komandası ilə qarşılaşacaq İstanbulun “Fənərbaxça” komandasını dəstəkləmək üçün Türkiyədən azarkeşlər Moskvaya gəlməyəcəklər.
Oxu.Az “R-Sport”a istinadən xəbər verir ki, bu barədə türk klubunun mətbuat attaşesi Necati Mete bildirib.
“Türkiyədən Moskvaya matçı izləməyə bir nəfərdə olsun azarkeş gəlməyəcək. Mən də bu gün üçün olan informasiya budur. Bu viza problemləri ilə əlaqədardır. “Fənərbaxça”nı, çox güman ki, Moskvada yaşayan türklər dəstəkləyəcək, amma bunu dəqiq deyə bilmərəm”, - Mete bildirib.
Qeyd edək ki, “Lokomotiv” və “Fənərbaxça” arasında cavab görüşü bu gün Moskvada baş tutacaq. Bu komandaların ilk görüşü 2:0 hesabı ilə türk klubunun xeyrinə başa çatıb.
Mənbə:> Oxu.Az