Türkiyədə rusiyalı futbolçuları daşa basdılar – VİDEO
Türkiyədə Rusiyanın “Lokomotiv” klubunun futbolçularını, məşqçi heyətini və azarkeşlərini daşıyan avtobus daş-qalaq olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Lifenews” nəşri yazır.
Məlumata görə, polis insidentə dərhal müdaxilə edərək, qarşıdurmanın baş verməsinin qarşısını alıb.
“CNN Turk”ün məlumatına görə, polis “Lokomotiv” klubunun avtobusuna hücum etməyə cəhd edən bir neçə “Fənərbaxça” azarkeşini saxlayıb.
Qeyd edək ki, bu gün 21.00-da UEFA Avropa Liqasının 1/16 final mərhələsində “Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşacaq.
Mənbə:> Oxu.Az