“Lokomotiv”də yeni baş məşqçi
Azərbaycanın “Lokomotiv” qadın voleybol klubunun rəhbərliyi uğursuz nəticələrdən sonra baş məşqçini dəyişmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, Fransua Salvanyinin əvəzinə bu vəzifəyə digər Apennin təmsilçisi – ötən mövsümdə İtaliyanın “Basto Arsitsio” komandasını Çempionlar liqasının “Dördlər finalına” yüksəltmiş Karlo Parizi təyin edilib.
45 yaşlı mütəxəssis həm də Çexiya yığmasını çalışdırıb.
“Lokomotiv”in rəhbərliyi Parizi qarışısında Çempionlar liqasının “Dördlər finalına” vəsiqə qazanmaq və Azərbaycan çempionatında qalib gəlmək vəzifələrini qoyub.
Mənbə:> Oxu.Az