Azərbaycan İtaliyaya uduzdu
Yığmamız Avropa Çempionatında ilk oyununu keçirib.
Futzal üzrə Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda Avropa Çempionatının ilk turunda İtaliya milisi ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, yığmamız 3:0 hesabı ilə məğlub olub. Rəqib komandada Aleks Merlim dubla imza atıb, daha bir qolu isə qapımızdan Daniel Qiasson keçirib.
Millimizin uduzmasında Amadeunun qarşılaşmanın 19-cu dəqiqəsində ikinci sarı vərəqə ilə oyundan kənarlaşdırılması böyük rol oynayıb.
Qeyd edək ki, D qrupunda Azərbaycan və İtaliya ilə yanaşı, Çexiya millisi də mübarizə aparır. Millimiz növbəti matçını fevralın 5-də Çexiya millisinə qarşı keçirəcək.
Hər qrupdan iki ən yaxşı nəticə göstərən komad=nda növbəti mərhələyə vəsiqə qazanır.
Mənbə:> Oxu.Az