"Azərbaycanla oyun çətin olacaq" » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

"Azərbaycanla oyun çətin olacaq"

"Azərbaycanla oyun çətin olacaq"


Qrupun ilk matçında İtaliya Azərbaycanla qarşılaşacaq. Həmin görüşdə italyanlar qələbə qazanacaqları təqdirdə üstünlük əldə edəcəklər. Lakin nəticədən asılı olmayaraq biz həm İtaliya, həm də Azərbaycanla bir oyun keçirəcəyik və bu görüşlərdən qələbə ilə ayrılmalıyıq.

Qol.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Çexiya millisinin baş məşqçisi Tomas Neuman deyib.

Çexiya mətbuatına danışan Neuman "Avro-2016"nın final mərhələsində qarşılaşacaqları millimizlə oyuna haqda fikirlərini bölüşüb:

"Azərbaycan millisinin heyətində 6 braziliyalı futzalçı çıxış edir. Onlar çox peşəkardır və rəqibin əsas gücünü təşkil edirlər. Azərbaycanla oyun çox çətin olacaq. Lakin biz rəqibi daha yaxşı analiz etməli və onların necə oynadıqlarını öyrənməliyik. Oyunçularım da bu görüşdə bütün gücünü ortaya qoymalıdır. Qrupu lider tamamlayacağımıza inanıram".

Qeyd edək ki, sabah İtaliya ilə qarşılaşacaq millimiz 2 gün sonra Çexiya yığması ilə üz-üzə gələcək.

Mənbə: Qol.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *