"Qəbələ"nin Gəncə fiaskosu
Bu gün Topaz Premyer Liqasında mövsümün ikinci yarısının ilk oyunları keçirilib.
Axar.az xəbər verir ki, turun ilk oyunu Gəncədə keçirilib.
Yerli “Kəpəz” klubu “Qəbələ”ni qəbul edib. Fasiləyə 1:0 hesabı ilə öndə yollanan "Kəpəz" ikinci hissədə daha iki qol vurmaqla görüşdən 3 xalla ayrılıb - 3:0.
Günün digər qarşılaşmasında "Neftçi" "Sumqayıt"a minimal hesabla qalib gəlib - 1-0.
Qeyd edək ki, turun yerdə qalan qarşılaşmaları bu gün keçiriləcək.
Mənbə:> Axar.az