“Qarabağ” bir gündə iki dəfə uduzdu – VİDEO
“Qarabağ" futbol klubu şənbə günü Antalyada iki yoxlama matçı keçirib.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avstriyanın “Admira Vakker", sonra isə Polşanın “Yaqelloniya” klubu ilə qarşılaşıb.
Ağdam təmsilçisi hər iki matçda məğlub olub. Avstriyalılara 3:4 hesabı ilə uduzan “Qarabağ”, polşalılara minimal hesabla məğlub olub - 0:1.
Mənbə:> Oxu.Az