Azərbaycan Bolqarıstana qalib gəldi
Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş gənclər arasında beynəlxalq futbol turniri davam edir.
Oxu.Az xəbər verir ki, bu Azərbaycan millisi (U-17) Bolqarıstanın U-19 komandası ilə qarşılaşıb.
Oyun Azərbaycanın 2:0 hesablı qələbəsi ilə bitib. Yığmamızın heyətində Mətin Gülər (68 dəqiqə) və İbrahim Qədirzadə (90+4) fərqləniblər.
Xatırladaq ki, ilk oyunda Azərbaycan Latviya ilə bərabərliyə qalıb – 1:1.
“C” qrupunda vəziyyət:
1. Sloveniya – 2 oyun (4 xal)
2. Azərbaycan – 2 (4)
3. Latviya – 2 (2)
4. Bolqarıstan – 2 (0)
Qeyd edək ki, yanvarın 8-də Azərbaycan millisi qrupun son turunda Sloveniya ilə qarşılaşacaq. Yığmamız qələbə qazanacağı təqdirdə qrup liderliyinə yüksələcək və yarımfinala vəsiqə qazanacaq.
Mənbə:> Oxu.Az