"Qəbələ" belə məğlub oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

"Qəbələ" belə məğlub oldu – VİDEO

"Qəbələ" belə məğlub oldu


Bu gün Avropa Liqasında qrup mərhələsinin 6-sı - son turunun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, təmsilçimiz "Qəbələ" də növbəti matçına çıxıb.

"Qırmızı-qaralar" evdə "Krasnodar"ı qəbul edib. Roman Qriqorçukun yetirmələri üçün bu görüş formal xarakter daşısa da, onlar qalib gəlməklə, ən yaxşı halda qrup üçüncüsü ola bilərdilər. Rusiya klubu üçün isə qələbə qrup mərhələsini zirvədə başa vurmaq baxımından vacib idi.

Krasnodardakı oyunda rəqibinə 1:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri bu dəfə də məyus oldu. Təmsilçimiz meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edərək, qrup mərhələsini qələbəsiz başa vurdu.

"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərh edib:

- Avrokuboklar bizim üçün bitdi. Düşünürəm ki, qrup mərhələsində elə də pis təsir bağışlamadıq. İndi ancaq gələcək oyunlar barədə düşünməliyik.

- Bundan öncəki oyunlarda yerli futbolçular həmişə sonradan oyuna daxil olub. Bu oyunda bir neçə azərbaycanlı futbolçuya əsas heyətdə şans vermək olmazdı?
- Mən başa düşə bilmirəm, axı niyə komandanı azərbaycanlılara və azərbaycanlı olmayanlara bölməliyik? Bunları müzakirə etməyi başa düşə bilmirəm. Biz bir komandayıq. Çempionatda müəyyən limit var və buna əməl edirik. O ki qaldı avrokuboklara, oyundan öncə kimlər hazırdısa, onlar da çıxış edir.

- Oyundan sonra futbolçulara nə dediz? Bir də komandanın ikinci hissədə zəif təsir bağışlamasının səbəbi nə idi?
- Mən futbolçulara dedim ki, onlara oyunlarından razı qaldıqlarını dedim. Onlara "afərin" dedim. Birinci hissəyə yaxşı başlamışdıq. Ancaq ikinci hissədə oyunumuz alınmadı. Fasilədə Popoviçə dedim ki, belə anlarda futbolçu daha da möhkəm olmalıdı.

- Futbolçular AL-in qrup mərhələsində daha çox pul qazandı, ya təcrübə?
- Düşünmürəm ki, hansısa futbolçu pul barədə düşünsün. Hətta Dodo kimi bəzi oyunçular var idi ki, oyundan öncə xəstə olsa da, oynamaq istədiklərini dedilər. Fikrimcə, Avropa Liqasında futbolçularım daha çox təcrübə qazandılar.



Avropa Liqası
Qrup mərhələsi, VI tur

10 dekabr

C qrupu

“Qəbələ” (Azərbaycan) – “Krasnodar” (Rusiya) 0:3
QOL: R. Siqurdsson, 26, M. Pereyra, 41, Vanderson, 75
Baş hakim: İstvan Kovaç, Mikloş İstvan Naqi, Florin Marinesku, Pavel Kristian Balay, Marius Avram, Mihay Ovidiu Artene (hamısı Rumıniya)
Hakim-inspektor: Kay Natri (Finlandiya)
UEFA nümayəndəsi: Skot Struters (Şotlandiya)
Bakı. "Bakcell Arena"


"Qəbələ": 1. Andrey Popoviç (q.), 3. 20. Rikardinyi, Voyislav Stankoviç, 9. Sergey Zenyov 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 32. Fakundo Perreyra, 44. Rafael, 69.Aleksey Antonov, 88. Meza Kolli.
Ehtiyat oyunçular: 33. David Petkeviç (q.), 15. Vitali Vernidub, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov, 66. Samir Zərgərov, 7. Ermin Zets.
Baş məşqçi: Roman Qriqorçuk.

"Krasnodar": 31. Andrey Dikan (q.), 6. Andreas Qrankvist (k), 7. Pavel Mamayev, 10. Odil Axmedov, 14. Vanderson, 17. Vitali Kaleşin, 22. Joazinyo, 27. Raqnar Siqurdsson, 33. Maurisio Pereyra, 77. Şarl Kabore, 98. Sergey Petrov
Ehtiyat oyunçular: 16. Anton Koçenkov(q.), 3. Stefan Strannberq, 8. Yuri Qazinski, 21. Rikardo Laborde, 68. Andrey Batyutin, 63. Nikolay Xomliçenko, 90. Fedor Smolov.
Baş məşqçi: Oleq Kononov.

Mənbə: Futbolinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *