“Qəbələ” autsayder ilə oyunda xal itirdi
Bu gün Topaz Premyer Liqasında XIV tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə “Qəbələ” doğma meydanda “Rəvan”ı qəbul edib.
Hesabı oyunun 65-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Tural Qurbatov açıb.
Meydan sahiblərinin hesabı yalnız hakimin oyuna əlavə etdiyi 5-ci dəqiqədə bərabərləşdirə biliblər. Fakundo Pereyra “Qəbələ”ni məğlubiyyətdən xilas edib.
Beləliklə, 9 xal toplayan “Rəvan” turnir cədvəlində hələ də sonuncudur, “Qəbələ” isə 24 xalla “İnter” və “Zirə” ilə birlikdə 2-4-cü yerləri bölüşür.
Mənbə:> Oxu.Az