“Azərbaycan üzərində qələbə qazansaq…” - Rangelov » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Azərbaycan üzərində qələbə qazansaq…” - Rangelov

“Azərbaycan üzərində qələbə qazansaq…” - Rangelov


AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sabah millimizi qəbul edəcək Bolqarıstan yığmasının hücumçusu Dimitar Rangelov yerli məbuata açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, son oyunda Xorvatiyaya 0:3 hesabı ilə uduzan bolqarların qol ümidi komandadan narazılıq edib. Rangelov yaxşı nəticə üçün heyətdəki futbolçuların öz komandalarında daim meydana çıxmalı olduqlarını bildirib: “Son bir neçə oyunda yaxşı oynamaq üçün əlimizdən gələni edirik. Lakin nəticə üçün millidə çıxış edən futbolçular öz klublarında müntəzəm oynamalıdır. Avropada yaxşı çıxış üçün təcrübə lazımdır. Xorvatiya ilə matçda qol vurmaq üçün şanslarımız oldu. Amma onlardan istifadə edə bilmədik. Üstəlik matçda da erkən qol buraxdıqdan sonra dönüş yaratmaq çətin idi”.

Forvard indidən DÇ-2018-in seçmə mərhələ oyunlarına hazırlaşmalı olduqlarını qeyd edib: “Xorvatiya ilə oyundakı nəticə çox pis idi. Amma bunu sığortalamaq üçün bir oyunumuz var. Azərbaycan üzərində qələbə qazansaq, növbəti seçmə mərhələ haqqında xoş düşünmək olar. Ona görə də sonuncu görüşdəki 3 xal çox vacibdir”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *