Azərbaycanda qeyri-adi futbol turniri – “Red Bull Winning-5” keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Gənclik

Azərbaycanda qeyri-adi futbol turniri – “Red Bull Winning-5” keçiriləcək

Azərbaycanda qeyri-adi futbol turniri – “Red Bull Winning-5” keçiriləcək


“Bakcell” şirkətinin dəstəyi ilə qeyri-adi futbol turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “Red Bull Winning-5” adlanan çempionat Azərbaycanın 6 ən böyük şəhərlərdə baş tutataq. 14-25 oktyabrda ölkənin bütün regionlarında seçim turları keçiriləcək və bunların nəticəsində 1 noyabrda Bakıda keçəcək milli finala 16 komanda seçiləcək. Turniri gözəl edən onun konsepsiyasıdır. Hər komandada 5 oyunçu olur, matç qapıçılarsız keçir və əks tərəfin “cərcivəsinə” vurulmuş hər qol, həmin komandanın bir oyunçusunu meydançadan uzaqlaşdırır.

Seçim turları növbəti şəhərlərdə keçəcək: Quba – 14 oktyabr; Şəki – 17 oktyabr; Gəncə – 18 oktyabr; Lənkəran – 21 oktyabr; Sumqayıt – 24 oktyabr; Bakı – 25 oktyabr

Bakıdan 6, qalan hər şəhərdən isə 2 ən güclü komanda finala qatılacaq. Beləliklə, milli finalda sərt seçməni keçən bütün respublikadan 16 komanda iştirak edəcək və 2016-cı ildə keçəcək dünya finalında iştirakı uğrunda mübarizə aparacaqlar.

Oyunun qaydaları: İki komanda, beş beşə (5×5), qapıçılarsız, 2×1 metr ölçülü qapılarla, 14×27 metr ölçülü meydançada oynayırlar. Matç 10 dəqiqə davam edir. Rəqibin qapılarına hər vurulan qol, rəqibin komandasından bir oyunçunu uzaqlaşdırır. Oyun, komandalardan birinin son oyunçusunun uzaqlaşdırılmasına, və ya matçın vaxtı bitənə qədər davam edir. Oyunun sonunda oyunçuların sayı ən çox qaldığı komanda qalib gəlir. Oyunçuların yaş məhdudiyyəti: 16-24 yaş.

“Red Bull Winning-5” ənənəvi qaydalarından fərqlənən qaydaları ilə kəçirilən, bütün dünyada futbolun həvəskarları tərəfindən sevilən futbol çempionatıdır. Azərbaycanda turnir ikinci dəfə keçirilir və 2013-cü ildən fərqli olaraq, bütün ölkəni əhatə edir. Bu il keçirilən çempionatın əsas tərəfdaşı, yerli futbolun inkişafında fəal iştirak edən “Bakcell” şirkətidir.

“Red Bull Winning-5” keçmiş çempionatının qalibi “Oyal” komandası oldu və mükafat kimi Avstriyaya Bundes Liqada oynayan Red Bull Zaltsburq komandasının futbol matçına səfər aldı. Komandanın kapitanı – Fuad Azayev gələcək iştirakçılara bir neçə məsləhət verdi: “Əks-hücumlardan oynayın, birinci qolu tez bir zamanda vurmağa və sonra müdafiədə oturmağa çalışın”.

Çempionat Gənclər və İdman Nazirliyinin, “Bakcell” şirkətinin və “Cahan” Holding-in dəstəyi ilə keçirilir.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *