Sürəti 1200 km/saat olan qatarın prototipi təqdim olundu
İspaniyada saatda 1200 kilometr yolu qət edə biləcək qatarın prototipi təqdim olunub.
Oxu.Az xəbər verir ki, “Hyperloop” yüksək sürətli nəqliyyat sisteminin ilk sərnişin kapsulunun uzunluğu 32 metr, çəkisi isə 5 tondur.
Bildirilir ki, artıq üç ildən sonra “Hyperloop” kapsulu ilk səfərinə çıxa biləcək. Beş ildən sonra isə kommersiya əsasında sərnişin daşımalarında istifadə olunacaq.
Qeyd edək ki, “Hyperloop” ideyasının müəllifi “Tesla Motors”un qurucusu İlon Maskdır.
Mənbə:> Oxu.Az