Çin öz kosmik stansiyasını batırdı
Çin kosmik stansiyası “Tyanqun-1” (“Səma iqəmatgahı-1”) Sakit okeanın cənub hissəsində - atmosferdə yanıb.
Bu barədə “Sinxua” agentliyi Çin Xalq Azadlıq Ordusunun mətbuat xidmətinə istinadən məlumat verir.
Kosmik stansiya atmosferə Bakı vaxtilə 08:15-də daxil olub. Stansiyanın qalıqlarının əksəriyyəti planetin səthinə çatmayaraq yanıb.
Çəkisi 8,5 ton, uzunluğu 12 metr və diametri 3,3 metr olan “Tyanqun-1” stansiyası 2011-ci ilin sentyabr ayında orbitə çıxarılıb.
Hazırda Çinin Yer kürəsi orbitində “Tyanqun-2” kosmik laboratoriyası var.
Mənbə:> Oxu.az