İran “iPhone 7”-yə “yox” deyə bilmədi » AzNews.info -Xəbər portalı

İran “iPhone 7”-yə “yox” deyə bilmədi

İran “iPhone 7”-yə “yox” deyə bilmədi


Bu ölkədə qaçaqmal şəklində gətirilmiş “iPhone 7”lər 2500 dollara satılır.

“iPhone 7” smartfonlarının ilk hissəsi rəsmi şəkildə yaxın günlərdə İrana daxil olacaq.

Oxu.Az-ın məlumatına görə, bu barədə Trend “Mehr” informasiya agentliyinə istinadən xəbər verir.

Bundan əvvəl bir neçə ədəd “iPhone 7” smartfonunun ölkəyə qeyri-leqal şəkildə daxil olduğu bildirilmişdi. İran İnformasiya Texnologiyaları nazirliyi ölkəyə qeyri-leqal gətirilən telefonlara qarşı mübarizə aparacağını açıqlayıb.

“iPhone 7”-nin dünya bazarında 760 dollaradək satış qiyməti olsa da, İranda qeyri-leqal gətirilmiş smartfonların 2500 dollar dəyərində satıldığı deyilir.

Bir neçə ay əvvəl açıqlanmış məlumatda qaçaqmal telefonların İran iqtisadiyyatına hər il 320 milyon dollar ziyan vurduğu bildirilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *