Nazir: İyul ayında daha 120 nəfər əlilə “Naz-Lifan” veriləcək » Səhifə 10 » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Nazir: İyul ayında daha 120 nəfər əlilə “Naz-Lifan” veriləcək

Nazir: İyul ayında daha 120 nəfər əlilə “Naz-Lifan” veriləcək


2008-ci ilin sentyabrın 1-dən Böyük Vətən müharibəsi əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlərin orta aylıq məbləği 85 %-ə yaxın artırılaraq I qrup əlillər üçün 90 manatdan 150 manata, II qrup əlillər üçün 70 manatdan 130 manata, III qrup əlillər üçün 50 manatdan 100 manata çatdırılıb.

Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Böyük Vətən müharibəsi əlilləri və iştirakçıları ilə görüşdə səsləndirib.

Nazir bildirib ki, təkcə ötən il bu şəxslərə ödənilən Prezident təqaüdlərinin orta aylıq məbləği 50%-ə yaxın artırılıb. Həmçinin Böyük Vətən müharibəsi iştirakçılarına 2012-ci ilin iyulun 1-dən təyin olunaraq ödənilən Prezident təqaüdünün aylıq məbləği ötən dövrdə 81,8 % artırılaraq 55 manatdan 100 manata çatdırılıb.

S.Müslümov 2006-cı ilin 01 yanvarından Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə müvafiq məbləğlərdə əlavələrin hesablandığını da qeyd edib:

“Hər il 9 May - Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş ümumilikdə 18 881 nəfərə birdəfəlik maddi yardım ödənilib.

Həmin insanlardan 1342 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır ki, onların hər birinə 800 manat məbləğində birdəfəlik yardım verilib. Bu məbləğ 1941-1945-ci illər müharibəsi iştirakçılarına MDB məkanı üzrə ödənilən birdəfəlik maddi yardımların ən yüksəyidir.

Çünki həmin məbləğ Azərbaycan manatı ilə ifadə olunduqda, Belarusda təqribən 740 manat, Rusiyada 138 manat, Qazaxıstanda 570 manat, Özbəkistanda 295 manat və s. səviyyəsindədir”.

Nazir Böyük Vətən müharibəsi əlillərinin dövlət hesabına minik avtomobili və mənzillə təminatı işlərinin də uğurla davam etdirildiyini, indiyədək ƏƏSMN tərəfindən bu təbəqədən olan 1075 nəfərin minik avtomobili, 102 nəfərin mənzillə təmin olunduğunu bildirib:

“Ötən il 2014-cü ilədək növbəyə dayanmış bütün Böyük Vətən müharibəsi əlilləri, yəni 190 nəfər “Naz-Lifan” markalı minik avtomobili ilə tam təmin olunub.

Cari ilin 01 mart tarixinə növbədə olan 120 nəfər Böyük Vətən müharibəsi əlilinin də bu ilin iyul ayında avtomobillə təmin edilməsi nəzərdə tutulur”.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


I really love your website.. Excellent colors & theme.
Did you develop this website yourself? Please
reply back as I'm trying to create my own personal website and want to
know where you got this from or what the theme is named.
Kudos!

Check out my homepage; deals (astradigital.co.uk)

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *