Bakı 2015 tibbi təlimi bitdi » AzNews.info -Xəbər portalı

Bölmə: Səhiyyə, İdman

Bakı 2015 tibbi təlimi bitdi

Bakı 2015 tibbi təlimi bitdi


Bakı 2015 bu gün 950 nəfərdən çox insanın 12 iyunda Avropa Oyunlarının açılış mərasimi başlamazdan öncə öz tibbi təlim proqramını artıq başa çatdırdığını elan edib.

Əməliyyat Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, bu proqram Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

O, 2014-cü ilin sentyabrında həyata keçirilməyə başlandığı andan etibarən tibb təhsili alan 450 tələbəyə ilk tibbi yardım təlimi keçməklə yanaşı 500 həkim, tibb bacısı və təcili yardım işçiləri üçün əsas və təkmilləşdirilmiş təxirəsalınmaz tibbi yardım vərdişlərinin daha da yaxşılaşdırılması istiqamətində ixtisasartırma kurslarında iştirak etmək, onların beynəlxalq səviyyədə tanınmış ən son üsullara yiyələnmələrini təmin etmək imkanı yaradıb.

Tibbi təhsil alan həmin tələbələr Avropa Oyunları zamanı yarışların keçirildiyi bütün idman obyektlərində tamaşaçılara ilk tibbi yardım göstərilməsi istiqamətində mühüm rol oynayacaqlar. Həkimlər və tibb bacıları öz vəzifə öhdəliklərindən asılı olaraq, tamaşaçılara ixtisaslı tibbi yardım göstərəcək. Onlar həm də Avropa Oyunları üzrə tibbi qrupun cəlb olunduğu sahənin bir iştirakçısı olarlarsa, bu zaman idmançıların istənilən tibbi ehtiyaclarının təmin olunmasına görə də məsuliyyət daşıyacaqlar.

Təlim proqramı Səhiyyə Nazirliyindən olan 12 təlimçidən ibarət qrup tərəfindən həyata keçiriləcək. Bakı 2015-in missiya proqramının bir hissəsi kimi, həmin təlimçilər bütün ölkə üzrə ilk və təxirəsalınmaz tibbi yardım vərdişlərinə malik insanların sıralarını genişləndir. Onlar həmçinin həmin təlim proqramının daha da genişləndirilməsini təmin etməyə yardımçı olurlar.

Tibbi təlim proqramından danışarkən, Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab
Simon Kleq bildirmişdir: "Bu tədbir qarşıdan gələn illər ərzində Azərbaycanın hər yerində Avropa Oyunlarının insanların həyatı üçün nəzərəçarpacaq fərqli yanaşmaların hansı şəkildə tətbiqi ilə yadda qalacaq bariz nümunədir.

Bu tibbi təlim proqramının başlıca məqsədi yalnız Bakı 2015-in bütün tamaşaçılara və idmançılara dövrün tələblərinə cavab verən ən müasir tibbi yardım xidmətlərinin göstərilməsini təmin etməkdən deyil, eyni zamanda davamlı əsaslarla bu yardımı təklif etməyə qadir olan insanların sayını artırmağa xidmət etməkdən ibarətdir".

Nazirliyin aparat rəhbəri Zəkiyya Mustafayeva bildirib ki, idmançıların və tamaşaçıların
ehtiyaclarını qarşılamaq üçün yetərincə imkanlara malikdirlər və bütün ölkə illər uzunu bu missiyadan lazımınca faydalanmış olacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *