Prokurorluq 18 yaşlı qızın ölümü ilə bağlı əlavə ittiham irəli sürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Səhiyyə, Kriminal

Prokurorluq 18 yaşlı qızın ölümü ilə bağlı əlavə ittiham irəli sürdü

Prokurorluq 18 yaşlı qızın ölümü ilə bağlı əlavə ittiham irəli sürdü

Cərrahiyyə əməliyyatı zamanı ölən 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadəyə qarşı istintaq orqanı tərəfindən əlavə ittiham irəli sürülüb.

APA-nın xəbərinə görə, iş Yasamal Rayon Məhkəməsinə göndərilib.

Virtualaz.org-un əvvəllər yazdığı kimi, 2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə qız Leyla Mürsəlova dünyasını dəyişib. Bununla bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Ancaq Yasamal Rayon Məhkəməsində bu iş üzrə proses iki ildən çox ləngiyib.

İndi hər iki şəxsə qarşı əlavə olaraq Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi yaxın vaxtlarda başlayacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *