18 yaşlı Leyla öldü, lakin heç kim cəzalandırılmadı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

18 yaşlı Leyla öldü, lakin heç kim cəzalandırılmadı

18 yaşlı Leyla öldü, lakin heç kim cəzalandırılmadı

Plastik cərahiyyə əməliyyatı zamanı dünyasını dəyişmiş 18 yaşlı Maliyyə-İqtisad Kollecinin tələbəsi Leyla Mürsəlovanın atası Namiq Mürsəlov şübhə etmir ki, onun qızı həkimlərin səhlənkarlığı ucbatından ölüb. Lakin qızın ölümündən 3 il keçsə də, bunun baiskarları hələ də məsuliyyətə cəlb edilməyiblər. Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabit Mürsəlov bütün mümkün instansiyalara müraciət edib, lakin hər yerdə laqeydlik və özbaşınalıqla qarşılaşıb.

Virtualaz.org yazmışdı ki, 2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə qız Leyla Müfsəlova dünyasını dəyişib. Qızın ölümü ilə bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayəıt işi başlanmışdı. Əməliyyatı aparmış cərrah Sənan Mehdiyev və anestezioloq Emin Quluzadə məsuliyyətə cəlb edilmişdilər. Lakin bu işlə əlaqədar proses Yasamal Rayon Məhkəməsində iki ildən artıq vaxta uzandı.

18 yaşlı Leyla öldü, lakin heç kim cəzalandırılmadı
Leyla Mürsəlova

İş materiallarında qızın ölümünün səbəbi kimi bədxassəli hipertermiya göstərilir. Bu diaqnoz Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən həyata keçirilmiş ekspertizanın nəticəsi kimi qoyulub, lakin Leylanın valideynləri bununla qətiyyən razılaşmırlar.

“Leyla əməliyyat masasında həkim Sənan Mehdiyev və anestezioloq Emin Quluzadənin məsuliyyətsizliyi üzündən keçinib. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi belə qərara gəlib ki, Leylada bədxassəli hipertermiya olub. Lakin bu diaqnozu necə qoyublar? Axı Azərbaycanda bədxassəli hipertermiyanı, özü də ölmüş şəxsdə, müəyyən edə biləcək nə xüsusi laboratoriya, nə də diaqnostik mərkəz yoxdur. Yekun qərar yalnız həkimlərin ifadələrinə əsaslanır. Amma axı məhz bu həkimlər qızımı müayinə edib və əməliyyata hazırlayıblar. Bəs nəyə görə bu cür dəhşətli diaqnozu olan pasienti əməliyyata götürürdülər? Leyla o vaxta qədər də müxtəlif əməliyyatlar keçirmişdi. Lakin heç vaxt qeyri-adi hadisə baş verməmişdi. Məhkəmədə isə bizim qızın sağlam olması ilə bağlı sözlərimizə məhəl qoymurlar, heç ona da diqqət yetirmirlər ki, əməliyyatın gedişi zamanı hər iki həkimin pasienti özbaşına qoyaraq, “öz işlərinin dalınca” çıxdıqlarını göstərmişik. Sonra isə uzun müddət bizdən Leylanın ölüm xəbərini gizlətmişdilər”, - təsəlli tapa bilməyən ata deyir.

18 yaşlı Leyla öldü, lakin heç kim cəzalandırılmadı
Namiq Mürsəlov

İşi aparan Yasamal Rayon Prokurorluğunun müstəntiqi Fuad Əhmədov bütün lazım olan ifadələri toplayıb və tibbi sənədləri nəzərdən keçirib.

“Klinikaya gələrək, müstəntiq Əhmədov hadisə yerini gözdən keçirdi, lakin Leylaya vurulmuş preparatların qutularını və dərmanların ampullarını götürmədi. Əməliyyat otağında müşahidə kamerası var. Qanuna görə, oradakı videoyazılar götürülməli idi. Lakin bunu heç kim etmədi. Bizə dedilər ki, kamera işləmirdi. Klinikanın əməkdaşları iddia edirlər ki, qızım bütün müayinələrdən keçib və onların nəticələri cərraha verilib. Lakin bu tibbi müəssisədə nə kardioloji, nə də reanimasiya şöbəsi yoxdur. Həkim əməliyyat üçün zəruri olan bütün analizləri toplamağa çalışmayıb. Əməliyyata razılıqla bağlı müqavilə də imzalanmayıb. Biz valideynlərə yalnız şifahi şəkildə bildirildi ki, əməliyyat üçün heç bir əks-göstəriş yoxdur. Nəticədə isə mənim qızım öldü”, - Mürsəlov bildirir.

Onun sözlərinə görə, sonradan istintaq və məhkəmə işə qeyri-obyektiv yanaşıblar və bacardıqları qədər məsuliyyətsiz həkimləri bu işdən kənarlaşdırmaöğa çalışıblar.

“Əvvəlcə hakim Hüseyn Səfərov səhlənkar həkimlərin həbsi barədə qərar çıxardı və onlar məhkəmə zalında həbs edilməli idilər. Lakin bu baş vermədi. Ertəsi gün elə həmin hakim qərarını dəyişdi və onu ev dustaqlığı ilə əvəz etdi. Qəribə deyilmi, hakimi nə məcbur etdi ki, bir gecəyə, özü də qanunların ziddinə, işə olan münasibətini dəyişsin? Bu necə baş verə bilərdi?” – dünyasını dəyişmiş qızın atası əlavə edir.

Bütün bu haqsızlıqları Mürsəlov Yasamal Rayon Məhkəməsinin sədrinin nəzərinə çatdırıb və xahiş edib ki, faciəvi şəkildə ölmüş qızının işinin qeyri-obyektiv araşdırılmasını nəzarətə götürsün. Lakin bundan da bir nəticə hasil olmayıb və yəqin ki, tezliklə cinayətkar həkimlər tam bəraət alacaqlar.

Qüssədən və ədalətsizliklərdən beli bükülmüş ata dövlət başçısına müraciət edərək, göstəriş verilməsini rica edib ki, Leylanın ölümündə günahı olanlar cəzalandırılsınlar. Axı insanlara xidmət etməklə bağlı andlarını unutmuş və yalnız ciblərini dolduran bu həkimlər fəaliyyətlərinə qayıdacaqlar və heç kim zəmanət verə bilməz ki, daha kimsənin ölümünə bais olmayacaqlar.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *