Ağ soğanın faydaları
Ağ soğan ən qədim zamanlardan istifadə edilən tərəvəzlərdəndir. Çində, İranda, Orta Asiya ölkələrində soğandan bizim eradan 4000 min il əvvəl istifadə edilib. Növündən asılı olmayaraq soğan toxum vasitəsilə çoxaldılır. Əvvəlcə toxum səpilir, toxumlar cücərdikdə ondan yaşıl zoğlar çıxmağa başlayır. Zoğlar böyüdükdən sonra isə soğanın torpaqda qalan hissəsi böyüməyə başlayır və kiçik dairəvi soğanlar əmələ gəlir. Bu soğanlar da böyüyərək iri ağbaş soğana çevrilir. Soğanların böyük olması onun yetişməsinin göstəricisi hesab edilir. Ağ soğanın bir çox növləri var. Növlərinə görə soğanların boyu, diametri, rəngi və çəkisi müxtəlif olur.
AzNews.info immunitet.az-a istinadən bildirir ki, soğan müasir dövrdə kulinariyada ən vacib sayılan tərəvəzlərdən biri hesab edilir. Soğanın həm özündən, həm də yaşıl yarpaqlarından bütün dünya mətbəxində istifadə edilir. Ondan ət yeməklərində, salatlarda, souslarda, həm də dadlandırıcı ədvviyyat kimi istifadə edilir. Duru yağda qızılı rəng alana kimi qızardılmış soğan bütün dünya mətbəxinin ən çox istifadə edilən qidalaarından biri hesab edilir. Soğanın tərkibində azotlu birləşmələr, şəkərin müxtəlif növləri (qlükoza, fruktoza, saxaroza, maltoza) inulin, fitin, flavonid və onun qlükozidi, yağlar, müxtəlif fermentlər, kalsium, fosfor, fitonsidlər, limon və alma turşusu A, B1, B2, C, PP vitaminləri var. Soğanın tərkibində olan efir yağları burun boşluğunun və gözlərin selikli qişasının qıcıqlanmasına səbəb olur.
Soğanın tərkibində ən çox disulfid və digər sulfid-efir yağları var. Soğanda xüsusi fitonsidlər vardır ki, bunlar göbələklərin, patogen mikrobların və bağırsaq qurdlarının məhv olmasına səbəb olur. Soğanın tərkibindəki uçucu fitonsidlər difteriya və vərəm çöplərini məhv etmək qabiliyyətinə malikdir. Soğan bağırsaqlardakı parazitlərin və sinqa xəstəliyinin müalicəsində çox faydalıdır. Xalq təbabəti insanlara gün ərzində 100 qram soğan yeməyi məsləhət bilir. Bu qaraciyər və öd yollarındakı ödün axmasını süətləndirir, şəkərli diabet zamanı qanda şəkərin normasını tənzimləyir.
Atererskleroz zamanı soğan şirəsinə qarışdırılmış bal çox faydalıdır. Bu qarışımdan gün ərzində 3 dəfə, hər dəfə 1 xörək qaşığı içməklə kapilyar, arteriya və vena damarlarını möhkəmlənməsini, damarlarda qanın yaxşı işləməsini əldə etmək mümkündür. Soğan bağırsaq qurdlarının tökülməsinə səbəb olur. Bunun üçün 1 ədəd xırda doğranmış soğanı 1 stəkan suda 20 dəqiqə saxlayıb hər gün acqarına içmək lazımdır.
Soğan şirəsi ilə bal qarışımı bronxitin, öskürmənin, bir çox göz xəstəliklərinin, göbələk xəstəliklərinin sağalmasına səbəb olur. Soğan şirəsindən nevrasteniyada, yuxusuzluqda və revmatizma xəstəliyində geniş istifadə edilir. Respirator virus xəstəlikləri və qripp zamanı da soğan suyunun faydası əvəzolunmazdır. Soğan suyu deramatitlər və ağcaqnad dişləməsi zamanı da çox faydalıdır. Saç tökülməsi zamanı tökülən tüklərin yerinə soğan suyu sürtdükdə tük kökləri fəaliyyətini yenidən artırır və bir müddət sonra yeni tüklər çıxmağa başlayır. Bunun üçün ən azı bir ay soğan suyunu tökülmüş tüklərin yerinə sürtmək lazımdır.
Pörtlənmiş soğanı frunkulun üstünə qoyub bağladıqqda iltihab yetişir və boşalır. Viskiyə soğan şirəsi qatıb içdikdə baş ağrıları aradan qalxır.
Mazollardan və ziyillərdən xilas olmaq üçün onlara ən azı bir ay gündə 3-4 dəfə soğan suyu sürtmək lazımdır.
Ağ soğannın Ziyanı
Qaraciyərində virus xəstəlikləri olan adamlara soğan yemək olmaz. Soğan yemək ürəyin işini sürətləndirərək sinir sisteminin də pozulmasına səbəb ola bilir. Soğanın ən pis zərəri onun ağızda yaratdığı pis qoxudur. Onu aradan qaldırmaq üçün isə süd içmək ya da qızardılmış isti çörək yemək lazımdır.
Mənbə:> İmmunitet.az