Sabirabadda ana ölümü ilə bağlı araşdırma başladı » AzNews.info -Xəbər portalı

Sabirabadda ana ölümü ilə bağlı araşdırma başladı

Sabirabadda ana ölümü ilə bağlı araşdırma başladı


İmişli sakini olan qadının Sabirabaddakı Perinatal Mərkəzdə doğuşdan sonra ölümü faktı prokurorluq tərəfindən araşdırılır.

AzNews.info APA-ya istinadən xəbər verir ki, İmişli rayonunun Qaraqaşlı kənd sakini, 1985-ci il təvəllüdlü Nuranə Usubəli qızı Əzizova sentyabrın 10-da Sabirabad Perinatal Mərkəzində səhər saatlarında oğlan uşağı dünyaya gətirib. Qadın elə həmin gün gecə qəflətən dünyasını dəyişib.

Mərhumun əmisi Əfqan Yusifov bildirib ki, qardaşı qızı doğuşdan sonra palataya köçürülüb və vəziyyətinin normal olması barədə valideynlərinə məlumat verilib. Həmin gün valideynləri onu evə aparmaq istəsə də, həkimlər qadının bir gün nəzarətdə qalacağını bildiriblər. Lakin axşam saatlarında xəstəxananın növbətçi həkimi qadının halının pisləşdiyi barədə məlumat verib, bir qədər sonra isə N. Əizizovanın vəfat etdiyi məlum olub.

Onun dünyaya gətirdiyi körpənin vəziyyətinin normal olduğu bildirilir. Ananın ölümü ilə əlaqədar yaxınları tərəfindən Baş Prokurorluğa müraciət olunub. Hazırda Sabirabad rayon prokurorluğunda şikayət ərizəsi ilə əlaqədar araşdırma aparılır.

Məlumata görə, şikayət əsasında qadının meyiti ekspert tərəfindən müayinə olunub və müayinənin nəticəsi, ölüm səbəbləri yaxın günlərdə məlum olacaq.

Ananın ölümü ilə əlaqədar Səhiyyə Nazirliyinə də müraciət edilib.

Sabirabad Perinatal Mərkəzindən bildirilib ki, ölümün səbəbi məlum deyil, hazırda bununla bağlı araşdırma aparılır.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *