Orqanizmi qurdlardan təmizləyən 3 təbii vasitə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Səhiyyə

Orqanizmi qurdlardan təmizləyən 3 təbii vasitə

Orqanizmi qurdlardan təmizləyən 3 təbii vasitə


Qurd xəstəlikləri bütün dünyada çox yayılmış xəstəliklərdir.

İnsan orqanizminə düşdükdə qurdlar müxtəlif pozulmlara səbəb olur- immun sistemini zəiflədir, orqanizmi zəhərləyir, müxtəlif vitamin və mineralların defisitinə səbəb olur, həzm proseslərini pozur, allergik reaksiyalara, dəridə müxtəlif səpgilərə səbəb olur və s.
Qurdlarla mübarizə aparmaq üçün xüsusi dərman preparatları mövcuddur. Bu preparatları yalnız həkim müayinə və analizlərdən sonra təyin edə bilər.
Maraqlıdır ki, bəzi məhsullar da qurdqovucu təsirə malikdir və qurdlarla mübarizədə çox yaxşı müalicəvi və profilaktik effekt verir. Bu məhsullar arasında:
1. Sarımsaq
Sarımsağın tərkibində xüsusi "allisin" adlı maddə var. Bu maddə qurdun orqanizmində gedən metabolizm proseslərini dayandırır ki, nəticədə qurd məhv olur.
2. Balqabaq tumları
Qurdlar bağırsaqların daxili divarlarına "ağzı" ilə bərkidilir və bunun nəticəsində burada uzun müddət ərzində yaşaya bilirlər. Balqabaq tumlarının tərkibində olan maddə qurdların əzələlərini iflic edir ki, qurdlar bağırsaqlara yapışa bilmir və buradan mexaniki olaraq xaric olunur.
3. Ananas
Ananasın tərkibinə bromelayn maddəsi daxildir. Bromelayn çox güclü fermentdir. Bromelayn qurdların zülal strukturlarını və qişalarını əridir. Daha sonra isə insanın mədəaltı vəzi fermentləri bu prosesi davam etdirir və qurdlar həll olunur və bağırsaqlardan xaric olunur.

Mənbə: Saglamolun.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *