"Time" seçim etdi
Amerikanın “Taym” jurnalı 2014-cü “İlin adamı”nı müəyyən edən zaman bu dəfə bir deyil, bir neçə nəfəri bu ada layiq görüb.
ANS PRESS-in məlumatına görə, Qərbi Afrikada geniş yayılan ölümcül Ebola virusuna qarşı mübarizədə xüsusi fəallıq göstərən 5 tibb işçisi jurnalın builki seçimi olub.
“Ebola döyüşçüləri” kimi təqdim olunan şəxslər arasında həkim Ceri Braun, xəstə nəzarətçisi Salomi Karua, ambulans nəzarətçisi Foday Qalla, həkim Kent Brentli və Ella Vatson Strayker var. Sözügedən şəxslər Liberiyanın paytaxt Monroviyada epidemiyaya yoluxma hallarının qarşısının alınması və xəstələrin müalicəsində fəal iştirak ediblər.
Mənbə:> ANSPRESS