Uşaqlara təcavüz edən həkimdən şok etiraf
Almaniyanın Auqsburq şəhərində uşaqları cinsi istismar edən uşaq həkimi tutulub.
Axar.az xəbər verir ki, 40 yaşlı Harri S. adlı şəxs məhkəmədə günahını etiraf edib.
Onun sözlərinə görə, ən kiçiyi 5 yaşda olmaqla, 21 yaşa qədər oğlan uşaqlarına təcavüz edib. O, 1998-ci ildən bəri uşaqları istismar etdiyini təsdiqləyərək, qurbanlardan və ailələrindən üzr istəyib. Həmçinin etirafında uşaqları pul və hədiyyələrlə aldatdığını da deyib. Həkim uşaqların hadisəni xatırlamaması üçün narkotikdən istifadə edərək onları keyləşdirib.
Almaniya Qırmızı Xaç Cəmiyyətində könüllü olaraq işləyən həkimin kompüterində aparılan araşdırma zamanı çoxlu sayda uşaq pornosu və cinsi istismara məruz qalanların fotoşəkilləri ortaya çıxıb.
Mənbə:> Axar.az