İranda səhiyyənin qiyməti bahalaşıb? » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Səhiyyə

İranda səhiyyənin qiyməti bahalaşıb?

İranda səhiyyənin qiyməti bahalaşıb?


İranda qiymətlərin artması əslində dünyada qiymətlərin artması ilə əlaqədardır. Bu, qeyri-təbii deyil.

Oxu.Az-a bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin ölkəsində təqdim olunan səhiyyə xidmətlərinin bahalaşmasını şərh edərkən bildirib.

“Lakin bununla belə, biz dövlət olaraq İranın Həkimlər İttifaqından xahiş etdik ki, müalicə qiymətləri çox da baha olmasın. Xarici ölkə vətəndaşları, o cümlədən Azərbaycan vətəndaşları da gəlib burda müalicə ala bilsinlər” - deyə, səfir qeyd edib.

M.Pakayin bildirib ki, keçən il bir müddət qeyri-təbii olaraq qiymətlər yüksəlmişdi.

“Lakin hazırda qiymətlər yenə də stabildir” - deyə, səfir əlavə edib.

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, İranda səhiyyənin qiyməti bahalaşdığından Azərbaycan vətəndaşlarının adıçəkilən ölkəyə axını azalıb.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *