İnanılmaz: bu ev 12 qəpiyə satılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Maraqlı

İnanılmaz: bu ev 12 qəpiyə satılır

İnanılmaz: bu ev 12 qəpiyə satılır

İsveçin paytaxtı Stokholmdan 160 km məsafədə yerləşən Evle şəhərində, Renessans üslubunda olan bu böyük bina cəmi 1 krona (bizim pulla 12 qəpiyə) satılır.

Fins.az xəbər verir ki, evi alacaq şəxs qarşısında onun öz hesabına yenidən qurulması mütləq şərt kimi qoyulub.

“Yeni mülkiyyətçi malikanənin bərpası üçün kifayət qədər vəsait qoymağa hazır olmalıdır - bəlkə onu xilas etmək mümkün oldu. Belə evi itirmək çox dəhşətli olardı, çünki onu xilas etmək mümkündür, o bizim mədəni sərvətimizin bir hissəsidir”, - deyə Villa Sjötorp adlı mülk barədə sosial şəbəkədə verilən elanda bildirilir.

Hazırda bina Evle limanına məxsusdur. Limanın baş direktoru Fredrik Svanbom bildirib ki, limanın bu tikiliyə daha ehtiyacı yoxdur və həmişə onun sökülməsini istəyib. Kampaniya Evlenin özündə, həm də bütün İsveçdə geniş kütləvi dəstək alıb. 1 krona satılan evə sosial şəbəkədə 500 min dəfə baxılıb, daha 3 min nəfər isə öz profilində bölüşüb. Kampaniyanın təşkilatçısı Xelmbek Tiren hesab edir ki, onun populyarlığının sirri 1864-cü ildə tikilən bu obyektin unikallığında gizlənir.

Mənbə: Fins.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *