Bir neçə nəfəri xilas etdi, amma... » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bir neçə nəfəri xilas etdi, amma... – FOTO

Bir neçə nəfəri xilas etdi, amma...


Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı Yanğından Mühafizə Hissəsinin əməkdaşları sakinləri xilas edilməsi üçün böyük şücaət göstəriblər.

ANS PRESS-in məlumatına görə, Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Şahverdiyev Xətai Akif oğlu bir neçə nəfəri alovun cəngindən xilas etsə də, nəticədə özü də zəhərlənmiş, yüngül bədən xəsarəti alıb.

Tibbi müdaxilədən sonra Şahverdiyev Xətai evə buraxılıb. Hazırda baş leytenantın səhhəti üçün heç bir təhlükə yoxdur və o özünü yaxşı hiss edir.

“14-cü mərtəbədən Bilal adlı, orta yaşlı bir şəxsi xilas etdim. Əynimdəki döyüş paltarını, əleyhqazı ona verdiyim üçün özüm zəhərləndim, qolum kəsildi. Amma xilas edə bildim. Öz işimlə, peşəmlə fəxr edirəm. Hələ ki, bununla özümə təsəlli verirəm. İndi yaxşıyam, narahat olmayın”.

Bu haqda sosial şəbəkədə onun özü xəbər verib. Şahverdiyev Akif oğlunun səhhəti ilə bağlı narahatlıq keçirənlərə təşşəkkürünü bildirməklə yanaşı rəhmətə gedənlərə dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, məlum hadisə ilə bağlı ANS telekanalında verilən süjetdə qohumları onun da yaralandığını görərək narahatlıq hissi keçiriblər.

Bir neçə nəfəri xilas etdi, amma...
Bir neçə nəfəri xilas etdi, amma...

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *