Futbolçu çörək almağa helikopterlə getdi
Onun illik maaşı təxminən 12 milyon avrodur.
Bavariyanın və Polşa yığmasının hücumçusu Robert Levandovski isti çörək almaq üçün helikopter tutub.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Levandovski həyat yoldaşı Anna ilə təxminən 400 sakinin olduğu Polşanın kiçik Stantslevo kəndində olublar.
Yaxınlıqdakı mağazaya qədər təxminən 30 kilometr məsafə olub və Levandovski çörək almağa getmək üçün hava taksisi tutub.
Qeyri-rəsmi məlumatlara görə, Levandovskinin Bavariyada illik maaşı 12 milyon avro təşkil edir.
Mənbə:> Oxu.Az