"Prezident İlham Əliyevə iki kəlmə dedim..." » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, İdman, Video

"Prezident İlham Əliyevə iki kəlmə dedim..." – VİDEO

"Prezident İlham Əliyevə iki kəlmə dedim..."

Qələbənin şirin dadını yaşayan, amma eyni zamanda yorğunluqdan şikayətlənən İlham Zəkiyevdir. İkiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu. Eləcə də Avropa Oyunlarında Azərbaycanın məşəldarı. İyunun 26-da Avropa Oyunlarında ölkəyə 18-ci qızıl medalı qazandıran...

"Azadlıq" radiosu onunla ayaqüstü müsahibəni təqdim edir:

- İlham Zəkiyevin fəxri kürsüyə çıxması birinci dəfə deyil. Əvvəlkilərdən fərqi nə idi?

- Əvvəlkilərdən fərqi odur ki, təltif edən Ali Baş Komandan idi, bütün idmançıların yaxın dostu olan cənab prezident.

- Prezidenti kürsüyə dəvət etməyi əvvəldən düşünmüşdünüz, yoxsa qəfil ağlınıza gəldi?

- Elə orada ağlıma gəldi. Allah ondan razı olsun. Aprelin 26-da cənab prezident məşəli Atəşgahda alovlandıranda dedim ki, mən iyunun 26-da güləşəcəyəm, Silahlı Qüvvələr Günündə və çalışacağam Ali Baş Komandanımıza bir medal hədiyyə edim. Bu təklifi xoş qarşıladı. Dünən o, medalı mənə təqdim edəndə iki kəlmə dedim: "Ali Baş Komandan, əsgər Zəkiyev döyüş tapşırığını yerinə yetirib". Yəni qızıl medalı qazandım.

- Başqa tapşırıq da varmı əsgər Zəkiyevə?

- Bir bu idi, bir də açılışda məşəli daşımaq. İkisinin də öhdəsindən gəldim məncə.

- Bağlanış mərasimində də görəcəyik sizi?

- Yox. Mənə nəsə deməyiblər. İndi yorğunam. Çox yoruldum. O həyəcan, məsuliyyət... Bütün Azərbaycan məndən qələbə gözləyirdi. Mənim orada uduzmağa haqqım yox idi.

- Çətin oldu qələbəni qazanmaq yəqin...

- Asan olmadı. Qıraqdan asan görünə bilər. Amma rəqibləri tanıyırdım. Hazırlıqlı idim və şükür Allaha, medalı əldə etdim.

- Bu medalı həm də balaca oğlunuz Həmzə üçün qazandığınızı deyirsiniz. O, necə qarşıladı?

- Həmzənin dünən iki yaşı tamam oldu. Hələ anlamır. İnşallah, böyüyəndə anlayar.

- Bəs anlayanlar nə deyir?

- Uşaqlar sevinirlər. Sözün açığı, hələ onları görməmişəm. Məni oradan apardılar media ilə görüşə, dopinq yoxlamadan keçdim. Anamgil evə gedib, amma mən hələ buradayam - Olimpiya kəndindəyəm.

- Bundan sonra gözləntiniz, istəyiniz nədir?

- Mən işimlə məşğulam. Bundan zövq alıram, hər dəfə Azərbaycan bayrağı qalxanda, himni səslənəndə fəxr edirəm... Noyabrda Avropa çempionatı keçiriləcək, indi də ora hazırlaşmalıyam.

- Demək olarmı, İlham Zəkiyev Avropa Oyunlarının simvoluna çevrildi? Həm məşəli yandırdı, həm prezident onunla fəxri kürsüyə qalxdı.

- (Susur. Az sonra gülərək deyir) O sual mənə deyil. O sualı camaata verin...


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *