Erməni Abdulkadirlə döyüşdən imtina etdi – 21-Cİ QIZIL MEDAL
91 kq çәki dәrәcәsindә mübarizə aparan azərbaycanlı idmançı Abdulkadir Abdulkayevin final oyunu keçirilməyəcək.
“Qafqazinfo”nun məlumatına görə, onun rəqibi, ermәni әsilli Ukrayna tәmsilçisi Qevorq Manukyan mübarizәdәn imtina edib. Manukyan buna səbəb kimi ciddi zədəsinin olduğunu bildirib və final oyununa çıxa bilməyəcəyini açıqlayıb.
Beləliklə, Abdulkadir Abdulkayev avtomotik olaraq çempion adını qazanıb. O, Azərbaycanın hesabına növbəti qızıl medalı qazandırır.
Mənbə:> Qafqazinfo.az