Biabırçılıq: azərbaycanlı bəstəkar Türkmənbaşıya kantata yazdı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Maraqlı

Biabırçılıq: azərbaycanlı bəstəkar Türkmənbaşıya kantata yazdı

Biabırçılıq: azərbaycanlı bəstəkar Türkmənbaşıya kantata yazdı

Türkmənistanda “Türk dünyası müasir klassik musiqisinin inciləri” adlı konsert keçirilib.

Virtualaz.org saytı Türkmənistan KİV-lərinə istinadən xəbər verir ki, beynəlxalq TÜRKSOY təşkilatı və Türkmənistan Mədəniyyət Nazirliyi tərəfindən birgə təşkil edilmiş və Türkmənistanın Marı şəhərində keçirilmiş konsertdə bir çox mədəniyyət və incəsənət xadimləri ilə yanaşı rəsmi şəxslər də iştirak edib.

Onların arasında Türkmənistanın baş nazirinin müavini Maisə Yazmuhammedova, məclis sədri Ağca Nurberdıyeva, TÜRKSOY-un baş katibi Düsen Kaseyinov, türkmən nazirlər də olub.

Konsertdə səslənən əsərlər arasında Azərbaycan bəstəkarı Rauf Əliyevin Türkmənistan prezidentinə ithaf olunmuş “Türkmənnamə” adlı kantatası da olub. Bu əsər ilk dəfə həmin konsertdə səslənib.

“Mənim “Türkmənnamə” adlı əsərim Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədova ithaf edilib. Mən bu əsərimlə türkmən xalqının Arxadağı, müdrik və istedadlı insan olan böyük Qurbanqulu Berdıməhəmmədova dərin hörmət və rəğbətimi ifadə etməyə çalışmışam” - deyə R.Əliyev əsərinin premyerası zamanı çıxış edərkən bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *