Ramil Nabran: "Sponsorum yoxdur" » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Maqazin, Foto, Video

Ramil Nabran: "Sponsorum yoxdur" – MÜSAHİBƏ (FOTO/VİDEO)

Ramil Nabran: "Sponsorum yoxdur"


Saytımızın növbəti qonağı Azərbaycan repinin qocaman simalarından olan Ramil Nabran oldu.

Ramil Nabranın AzNews.info-ya müsahibəsini oxucularımıza təqdim edirik:

- Salam Ramil bəy. İlk öncə Ramazan bayramı münasibəti ilə Sizi təbrik edirik. Xahiş edirik özünüz haqqında qısaca məlumat verərdiniz.
- Bismillahi-Rəhmanir Rəhim. Allah təkdir və biz müsəlmanlar onun altında tək olmalıyıq, birlikdə olmalıyıq. Bu Ramazan ayında hamınızı xoş gördük.
Özüm haqqında – Ramil Şamilli Akif oğlu. Nabran təxəllüsü ilə çalışan reper. Hələ də bu fəaliyyətimə davam edirəm, repdəyəm və gənc, lakin repə böyük hörməti olanları saytınız vasitəsi ilə salamlayıram.

- Neçə ildir fəaliyyətdəsiniz? Və bu illər ərzində nələr qazanmısınız?
- 1993-cü ildən rep fəaliyyətindəyəm. İlk dəfə rus dilində rep yazmağa başlamışdım. İlk vaxtlar əlbəttə ki, səhvlərim çox idi. Oxunuş tərzimdı, ifamda və sairə. Yanımda hər zaman bugünkü günə kimi dostluq etdiyim Bəxtiyar Nuriyev olub.
1996- cı ildən Azərbaycan dilində də rep yazmağa başladım. Bu zaman Vüqar Ağayev mənə böyük dəstək oldu. Onu da deyim ki, adını çəkdiyim hər iki dostum repdən uzaq adamlardır və bugün də ən yaxın dostlarımdır.Hərbi xidməti başa vurduqdan sonra, 1999-2000-ci illərdən artıq səsyazma studiyalarında ilk proffesional replərimi ərsəyə gətirdim. Daha sonra 2005-ci ildə Nabran adlı trekin uğurundan sonra Ramil Nabran kimi tanınmağa başladım. Elə odur-budur Nabran sözünü özümə təxəllüs kimi götürdüm. (red. – gülür)

- Sizcə repin yaşı varmı?
- Xeyr, yoxdur. Rep danışıqdır, rep içindəki hissləri bildirməyin bir yoludur. Bu da heçzaman bitə bilməz. Uşaqlıqdan yaşlanana qədər, dünyanı dərk etdiyin gündən dünyanı dərk etmək istəmədiyin günədək. Rep elə repdir. Repin yaşı yoxdur.

- Çoxdandır səsiniz gəlmir. Hardasınız?
- “Putevka” almışdım, məzuniyyətdə idim. Zarafat edirəm. (red. – gülür.) Çoxdandır səsim gəlmir deyəndəki, mənim çox səsim gəlmir, çünki mən tək işləyirəm. Lovğalanmaq kimi olmasın, elələri var heyətlə çalışır qabağa gedir, elələri də var pulun hesabına qabağa gedir. Mən isə içimdən gələn sevgi ilə yazıram və nadir hallarda da olsa uğur qazanıram. Məncə bu dəqiqə elə ən məhsuldar reper elə özüməm.

- Deyirlər bu yayın “tempini” siz tutmusunuz. Bu barədə nə fikirləşirsiniz?
- Şükür Allaha. Sağolsun Dj Roshka, Rusty G və Fərid Ağa. Onların sayəsində. Yaddan çıxmış bir trek var idi. Ona bir balaca dəyişiklik etdik. Və gördüyünüz kimi, yayın tempini tuta bildik. Ümumiyyətlə, mən çalışıram bütün fəsillərin tempini tutum. Eyni zamanda, heç kimin çörəyini də əlindən almaq istəmirəm. Etmişəmsə də, bunu onun əlindən çörək almaq üçün etməmişəm, xalq üçün etmişəm. Mən hər zaman xalqım üçün çalışıram. Millətimin xoş günü üçün çalışıram. Millətə ruh yüksəkliyi vemrək üçün işləyirəm. Ona görə də, mənim hansısa uğuruma kimsə qıraqdan baxıb içi göynəyirsə, bu mənim vecimə deyil. Digər reperlərin uğuru varsa, repdisə sevinirəm. Yox rep deyilsə, buna üzülürəm.

- Dj Roshka, Rusty G və Fərid Ağa. Bu kollektivlə hər hansı bir başqa layihəniz varmı?
- Hələ ki, sakitçilikdir. Yəqin ki, olar.

- Ümumiyyətlə hansı Dj-lərimizi bəyənirsiniz?
- Azərbaycanda bütün Dj-lər mənim dostumdur. İlk dostum Dj China olub. Onunla dostluğumun tarixi keçmişə gedib çıxır. O zaman nə mən Ramil Nabran idim, nə də o Dj China idi. Amma belə, Dj dost-tanışım çoxdur. Lakin hər Dj-in işini də bəyənmirəm. Mənim üçün əsl Dj yaradıcı Dj-dir.

- Bəs Azərbaycan reperlərindən kimləri bəyənirsiniz? Kimləri dinləyirsiniz?
- Azərbaycan reperləri.. Onların sayı çoxdur. Kimisə desəm, kimisə deməsəm digərləri inciyəcək. Onu deyim ki, bəyəndiklərim çoxdur. Eləsi var məndən yaşca qat-qat balacadır, lakin böyük hörmətim var.

- Reperlərdən və ya şou-biznesin populyar simalarından kimləsə yeni duet, iş birliyi gözlənilirmi?
- Əslində hər şey məndən asılıdır. Nə duet yaranırsa, bunu mən istəyirəm deyə yaranır. Mən istəməsəm baş verməyəcək. Əvvəllər, müğənnilərə falan böyük ümidlərim var idi. Amma indi yox. Alınsa alınar, alınmasa da alınmaz. Özləri bilər. Minnətləri olsun. AzRapin qocamanlarından biriyəm. İndi mən naz edirəm.

- Yaxın gələcəkdə bəs nə kimi layihələriniz, planlarınız var?
- Bu yaxınlarda “Sumqayıt” adlı yeni trekim işıq üzü görəcək. Bu musiqinin ərsəyə gəlməsində Sea Production və Muziqi Production-ın böyük rolu olub. Klipin hazırlanmasını isə AzeGroup Company-yə həvalə etmişəm. Tezliklə bu klipimlə həm Sumqayıt əhlini, həm də rep həvəskarlarını sevindirərəm. Daha sonra Anita ilə “Gecə” adlı duetim var. Payız üçün, gözəl, vətənpərvər mövzuda layihələrim var. Lakin onları ərsəyə gətirmək üçün hələ ki, sponsorum yoxdur.

- Ümumiyyətlə repimizin indiki vəziyyətindən razısınızmı?
- Onu deyim ki, artıq gənc nəsil çox təkamülləşib. Artıq dünya səviyyəli rep deyəcək gənclərimiz var. Sadəcə, bəziləri başa düşmür ki, Azərbaycandan kənara çıxmaq lazımdır. Amma, elə reperlərimiz də var ki, onlara mən “repercik” deyirəm və onları mən reper saymıram.

- Müsahibələrin birində dediniz ki, ən yaxşı şapalaq, diss uğurlu trekdir. Bəs siz, uğurlu treklərinizlə kimlərə şapalaq vurursunuz?
- Kim ki, məni gözü götürmür, mənə paxıllıq edir, kim ki, pul tökür ki, məni qabaqlasın, məni özünə rəqib bilir. Mənim şapalağım onlaradır. Özü də adi şapalaq yox, əlimi suya salıb çıxardıb şapalaq vururam. (red. – gülür.) Mənim şapalağım, silləm, zərbəm, təpiyim, yumruğum və nəhayət mənim kəlləm mənim uğurlu trekimdir, hansı ki, millətin qəlbinə yol tapır.

- Repdən başqa hansısa sahədə çalışırsınızmı?
- Mənim iki sahəm var. Şeir və rəsm. Şeirdən repə gəldim. Rəsmdən də dizaynerliyə. Əsasən tətbiqi dizaynerəm. Xoşlayıram ki, yenilik edim. Məsələn, məni salın bir evin içinə, deyin ki, yenilik et. Edərəm.

- Sonda Azərbaycan gəncliyinə hər-hansı bir sözünüz, məsləhətiniz varmı?
- Var. Azərbaycan gəncliyinə böyük bir məsləhətim var. Bilirəm çoxunuz müasirləşmisiniz, demokratlaşmısınız. Lakin yadda çıxarmıyın ki, hər şeyin bir həddi var və kiməsə qarşı etdikləriniz bir gün sizin də qabağınıza çıxa bilər. Bu yaxınlarda biri mənə yazıb ki, bəs filan trekiniz plagiatdır. Mən bu adamın əməlini başa düşmədim. Nə etmək istəyir? Camaatın içində özünü göstərir ki, guya məndə səhv tutub? Mən onun cavabını verdim ki, bu mahnının kimə aid olduğunu hamı səndən də yaxşı bilir. Özünü reklam etmək lazım deyil. Həm belə səhvlər olanda, əsl adam o kəsdir ki, qırağa çəkir tet-a-tet deyir ki, ay Ramil, bax bu söhbət var. Burada səhv etmisən. Bizim indiki gəncliyimiz sevir özünü bu tip şeylərlə reklam etməyi. Bu tendensiyanı heç bəyənmirəm. Çünki, mən gəncliyimdə bu hərəkətlərə yol verməmişəm. Məndən böyük birinin səhvi olsaydı da, şəxsən, üzbəuz ona bunu bildirərdim.

- Aydındır. Bizə vaxt ayırdığınız üçün Sizə bir daha təşəkkür edirik. Bayramınız bir daha mübarək.
- Siz sağolun. Mən də bir daha bütün Azərbaycan xalqını, başda AzNews.info oxucuları olmaqla bu müqəddəs bayram münasibə ilə təbrik edirəm.



Ramil Nabran: "Sponsorum yoxdur"
Ramil Nabran: "Sponsorum yoxdur"
Ramil Nabran: "Sponsorum yoxdur"
Ramil Nabran: "Sponsorum yoxdur"
Ramil Nabran: "Sponsorum yoxdur"
Ramil Nabran: "Sponsorum yoxdur"
Ramil Nabran: "Sponsorum yoxdur"
Ramil Nabran: "Sponsorum yoxdur"
Ramil Nabran: "Sponsorum yoxdur"

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *