Həmid Herisçi od püskürdü: “Gəlib məcbur aparsınlar” - Müsahibə » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maraqlı

Həmid Herisçi od püskürdü: “Gəlib məcbur aparsınlar” - Müsahibə

Həmid Herisçi od püskürdü: “Gəlib məcbur aparsınlar” - Müsahibə


Bir neçə gün öncə mətbuatda Azərbaycanın tanınmış yazıçısı və Ans telekanalında Şəxsiyyət Vəsiqəsi verlişinin aparıcısı Həmid Herisçinin məhkəməyə verildiyi barədə xəbərlər yayılıb. Aparıcını məhkəməyə verən şəxs isə Mir Cəfər Bağırovun yaxın qohumunu olduğu bildirilir. Hər iki şəxs arasında yaranan problemin nədən qaynaqlandığını və məsələnin hazırda hansı səviyyədə olduğuna AzadXeber.az teleaparıcının birbaşa özü ilə aydınlıq gətirməyə çalışdı.

- Mir Cəfər Bağırov ilə bağlı sizin məhkəməyə verilməyiniz xəbəri yayılıb. Bununla əlaqədar olaraq nə deyə bilərsiniz?

- Bəli, Mir Cəfər Bağırovun qohumları məni Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verib. Amma nə dərəcədə qohum olub olmadıqlarını bilmirəm, hər halda insanın soyadı Bağırovdu. Artıq iki dəfə məhkəmədən çağırış gəlib lakin getməmişəm.

Maraqlısı odur ki, bizim veriliş artıq 4-5 aydır efirdədədir. Bəlkə siz də bilirsiniz ki, Ədliyyə Nazirliyi dövlətin tərkib hissələrindən biridir. Qurum nəhayət ki, bizə qarşı ilk reaksiyasını verdi. Bu daha yumşaq desək repressiya xassəsi ilə mənalandırıla bilər. Əlbəttəki bu hal mənim üçün də xoş deyil. Ancaq hər halda Azərbaycan cəmiyyəti bir daha göstərdi ki, bizim kimi alim, ziyalı və yazıçılara olan münasibəti 30-cu ildəkindən heç də seçilmir.

Ən maraqlısı isə, məni doğum günümdə məhkəməyə çağırdılar. Bu qədər iş görəsən əvəzində mənə məhkəməni hədiyyə etdilər.

- Mətbuatda Mircəfər Bağırovun atanıza yardım etdiyini oxumuşuq. Özünüz də ANS-də bu barədə məlumat vermişdiniz. Bəs indi sizə qarşı niyə bu cür addım atılıb?

- Əslində verlişimiz xalq arasında çox populyardır. Ona görə də, baş verənlərin bizə qarşı cəza olduğunu düşünürəm. Bu hal təbiidir, çünki cəmiyyətimiz hər zaman yeni, eyni zamanda uğurlu layihələrə qısqanclıqla yanaşıb. Bu da onun təzahürlərindən biridir.

Məhkəmə əleyhimə qərar çıxarsa təəccüblənmərəm. Neçə illərdir ölkədə fəaliyyət göstərir və layihələr hazırlayıram qarşılığında isə cəzalandırılıram. Bir dəfə də olsun mükafat görməmişəm.

Bilirsiniz, bəzi insanlar bizim verilişimizin əleyhinə demək olar ki, bir çox qurumlara həddindən artıq şikayət məktubları yazıblar. Məktublar içərisində anonim həmçinin imzalılar da kifayət qədərdir. Bu zaman görürsən ki, 30-cu illərdə ki kimi çulumçuluq-xəbərçilik, ümumiyyətlə imzalı və ya anonim yazılar sən demə Azərbaycanda bitməyib. Bu verilişi ərsəyə gətirərkən o cür məktubları oxumaqdan yorulurdum. Bəlkə də barəmizdə oxuduğumuz məktublardan daha qorxuluları başqa ünvanlara göndərilir. Hətta prezidentə də bizdən şikayət yazırlar.

Deyərdim ki, Azərbaycan teleməkanında bir neçə ziyalı veriliş var, amma bizimki daha seçiləndir. İndi sizə onu da deyim ki, ən çox şikayətlər məhz bizdəndir. Şikayətləri də 30-cu illərdə olduğu kimi dırnaq arası ziyalılar yazır. Əslində özümə də maraqlıdır ki, niyə cəmiyyətimiz o illərin xəstəliklərini geridə qoya bilmir.

Onu da qeyd edim ki, bizim Mircəfər Bağırov haqqında hazırladığımız veriliş əksinə onun xeyrinə idi. Hətta ilk dəfə idi ona az da olsa bəraət vermək istəyirdik. Çox qəribədir, onun istər tərəfdarları, istərsə də əleyhdarları istəyirlər vəziyyət olduğu kimi qalsın. Yəni ki, Mircəfər iki üçmənalı fiqur deyil, birmənalı fiqur olmasın.

Hər zaman demişəm, yenə deyirəm biz çox əclaf işlə məşğuluq. Çalışırıq xalqı maarifləndirək. Siz də bilirsiniz xeyirxah işlər cəzasız qalmır.

Azərbaycan cəmiyyəti Şəxsiyyət vəsiqəsi ilə münasibətilərində bir daha özünün köhnə nöqsanlarını aşkarladı. O nöqsanlar isə yaxşı işlərə qarşı mənfi münasibətlərdir. Həmçinin dırnaqarası ziyalı korpusunun 30-cu illərdəki kimi etirazlarıdır. Təəssüflər olsun represiyalar dövrünü keçmişdə buraxmırıq və bu günə də tətbiq edirik. O cümlədən, yaz fəslinin çiçəklərinin havasını udmaq əvəzinə represiya havasını udmağa məcbur olduq.

Etiraf edim ki, Şəxsiyyət vəsiqəsi verilişi həyata keçirdiyim ən ağır layihələrdəndir. Onun məsuliyyətini və cavabdehliyini də bilirəm. Həmçinin xalq tərəfindən də sevildiyini hiss edirəm. Ancaq vəziyyət o yerə çatıb ki, təzə layihə haqqında düşünməyə başlamışam. Çünki görürəm cəmiyyətimiz hələ formalaşmayıb. Demokratiya o dərəcədə deyil ki, şəxsiyyətlər haqqında bu cür verilişləri dinləsinlər. Bir sözlə cəmiyyətimizi hələ 30-cu illər səviyyəsində, əsas da Mir Cəfər dövründə gördüm. Bu şəxs haqqında verilişimizdən sonra hər cür reaksiya gördük. Cəmiyyətimizin, xüsusən də bir çox ziyalıların o illərdə qaldığı açıq aşkar görülür.

O insanlar repressiyalar hazırlayırdılar, həmçinin çox istəyərdilər ki, proqramımız bağlansın. Özləri telekanallarda yaxşı verilişlərin olmadığından şikayətlənir, həm də anonim məktubar yazırlar. Siz bilsəniz onlar bizi nə ilə ittiham edir, dəhşətə gələrsiniz. Onsuzda yazdıqları namələr hər hansısa yolla gəlib bizə çatır. Onları oxuduqda isə özümü 30-cu illərdə yaşadığımı hiss edirəm. Öz-özümə düşünürəm ki, indi mən o dövrdə olsaydım mənə Allah bilir nələr edərdilər.

- Bəs məhkəmə barədə nə düşünürsünüz?

- İstəyirəm qərar əleyhimə çıxsın. Onsuzda Azərbaycan cəmiyyəti uzun müddətdir məni cəzalandırmaq istəyir. Görüm axı bu cəza nədir?! Mən məhkəməyə getməyəcəyəm. Gəlib məcbur aparsınlar.

Elə bilirəm Mircəfər Bağırovun ruhu məni cəzalandırmaq istəyir. Mən istəyirəm öz əməllərimə görə cəzalanım, hətta zindana düşməyə də hazıram.

Söhbət ondadır ki, bizi sevməyənlər də az deyil. Demək o insanları əsəbləşdirmişik. Bilmək istəyirəm o insanlar kimdir?! Yavaş-yavaş həmin insanları tanımağa başlayıram. Təəssüflə qeyd etmək istəyirəm ki, həmin insanlar içərisində özünə ziyalı deyənlər üstünlük təşkil edir. Bu isə Azərbaycanda ziyalı ordusunda böyük problemlər mövcud olduğunu göstərir. Həmin insanlar öz aləmlərində demokratik təbəqədədirlər. Amma bu heç də elə deyil.

Mənbə: AzadXeber.az, Xatun Etibarqızı
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *