Suala əsəbləşən din xadimi: "Gətirin onu döyüm" – VİDEO
Türkiyənin özəl tele klanallarından birində tamaşaçının canlı efirdə telefonla verdiyi sual din xadimini əsəbləşdirib. ANS PRESS-in məlumatına görə, hadisə “Ömər Döngəloğlu ilə sahur vaxtı” proqramının yayımı vaxtı baş verib. Proqrama zəng vuran şəxs, “Arvadımla yaxşı dava elədim və əsəbləşərək ona 3 dəfə boş ol dedim. Nə edə bilərəm?” – deyə sual verib.
Tamaşaçıya kəskin cavab verən din alimi Cavad Akşit arvadla yaxşı dava olmaz, yaxşı dava Çanaqqalada olub – deyə cavab verib:
“Belə aşiq olurlar, evlənirlər. bəzisi də qız qaçırır. Sonra da hirslənir, 9 talaqla boşadım deyir. Döyülməlidir bunlar. Bu kişi gəlsin heç kimin olmadığı yerə, sən də mənə sınmayan palıd dəyənəyi gətir. Yaxşıca döyüm onu. Belə demək olar?” – sözləri ilə Cavad Akşit hər kəlməbaşı boşananlara kəskin etirazını bildirib.
Mənbə:> ANSPRESS