Çamadandan tapılan uşaq anasına qaytarıldı – VİDEO
Bir ay əvvəl İspaniyaya çamadanın içində keçən 8 yaşlı oğlan anasına təhvil verilib.
ANS PRESS-in məlumatına görə, həmin uşaq 1 ay müddətində yetkinlik yaşına çatmamış uşaqların mərkəzində qalıb.
Əvvəlcə uşaq Kod-Divuarda nənəsi ilə yaşayırmış. Onun valideynlərinin İspaniyada yaşamaq hüququları var. Uşağın atası etiraf edib ki, oğlunun qeyri leqal yolla sərhəddən keçirilməsi üçün 5 min avro pul ödəyib. Lakin o iddia edir ki, bunun hansı yolla olacağını bilmirmiş. Hazırda ata nəzarət altında saxlanılır.
Hadisədən sonra İspaniya höküməti oğlana 1 il ölkədə yaşamaq icazəsi verib.
Qeyd edək ki, uşaq Maroko-İspaniya sərhəddində gömrük işçiləri tərəfindən çamadanın içindən tapılıb. Onu sərhəddən 19 yaşlı qız keçirməyə çalışıb. Hazırda qızı 8 ilə qədər həbs gözləyir.
Post by aznews.info.
Mənbə:> ANSPRESS