Moskvada I Avropa Oyunlarına həsr olunan flaşmob keçirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, İdman, Dünya, Foto

Moskvada I Avropa Oyunlarına həsr olunan flaşmob keçirildi – FOTO

Moskvada I Avropa Oyunlarına həsr olunan flaşmob keçirildi


Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunan flaşmob keçirilib.

AzNews.info xəbər verir ki, APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, flaşmob paytaxtın M.Qorki adına Mərkəzi Mədəniyyətlər Parkında baş tutub.

RAGB fəalları suvenir və xatirə hədiyyələrini, şar, qolbağ, üzərində “Bakı-2015” loqotipi olan gödəkcə, qələm və broşürları parkda istirahət edən paytaxt sakinlərinə paylayıblar. Onlar moskvalılara Bakıda tikilən olimpiya obyektləri, bütün Azərbaycanı diyar-diyar gəzən Avropa Oyunları məşəli haqqında məlumat veriblər.

RAGB İdarə Heyətinin üzvü Emin Hacıyev bildirib ki, Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları Bakıda keçiriləcək möhtəşəm idman bayramının təbliği istiqamətində bu günə kimi bir sıra tədbirlər həyata keçirib:

“Leyla Əliyevanın təşəbbüsü ilə “Bakı-2015”-ə həsr olunan Universiyada təşkil etdik. Moskvanın nüfuzlu ali məktəblərinin tələbələri bu universyiadada iştirak etdilər. Bu gün keçirilən flaşmob da “Bakı-2015”-ə dəstək layihəsi çərçivəsində baş tutub”.

Moskvada I Avropa Oyunlarına həsr olunan flaşmob keçirildi
Moskvada I Avropa Oyunlarına həsr olunan flaşmob keçirildi
Moskvada I Avropa Oyunlarına həsr olunan flaşmob keçirildi

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *