Keçmiş sevgililər 30 il sonra belə görüşdülər – VİDEO
1988-ci ildə serb rəssamı Marina Abramoviç öz sevgilisi Uve Laysispendən (Ulay) ayrılır. Qeyri-adi bu cütlüyün ayrılıq anları da qeyri-adiliyi ilə seçilib. Belə ki, cütülk Böyük Çin səddində əks istiqamətlərdə uzaqlaşıblar, daha sonra bir-birinə doğru gəlməyə başlayıblar. Onların yolları kəsişəndə, sonuncu dəfə qucaqlaşıb və bir-birinin həyatından birdəfəlik çıxmaq qərarı veriblər.
Lakin həyat çox drammatikdir. 2010-cu ildə rəssam xanım Marina Nyu-Yorkun müasir incəsənət muzeyində öz yeni layihəsini keçirirdi. AzNews.info xəbər verir ki, art-performansın əsas ideyası Marinanın hər bir iştirakçı ilə 1 dəqiqə ərzində danışmadan, yalnız gözlərlə, baxışlarla fikir mübadiləsi aparmaq idi. Bütün bu anlar kameraların gözü önündə baş verirdi.
Bütün bu vaxt ərzində (760 saatdan çox) Marina 1500 insanın gözünə baxdı.. Və bu dəfə onun qarşısında 30 ildən çox görmədiyi bir insan - keçmiş sevgilisi Ulay oturdu...
AzNews.info oxucularına bu möhtəşəm görüntüləri təqdim edir:
Post by aznews.info.
Mənbə:> AzNews.info