Dünyanın ən uzun limuzini – FOTO
Dünyanın ən uzun limuzininin uzunluğu 30 metr 48 santimetrdir. Axar.az xəbər verir ki, bu avtomobili Kaliforniya ştatının Berbenk şəhərindən olan mühəndis Cey Orberq yaradıb. Nəhəng limuzin 13 cüt təkər və 30 pəncərədən ibarətdir. Orberq bu avtomobili kirayə məqsədilə yaradıb. Lakin limuzin kommersiya baxımından uğurlu olmayıb. Təəssüflər olsun ki, hazırda bu limuzin çox pis vəziyyətdədir və avtomobilin yalnız qalıqları qalıb.
Mənbə:> Axar.az