Aktyorun iti başına bəla açdı – VİDEO
Conni Depp itlərinə görə 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktyor Avstraliyada problemlərlə üzləşib. İtlərini özü ilə Avstraliyaya gətirən aktyor bu ölkənin parlament üzvlərinin qəzəbinə tuş gəlib.
Aktyor bu addımı atarkən heç bir tibbi müayinəyə və aidiyyəti qurumların icazəsinə ehtiyac duymayıb. Bu isə Avstraliyada cinayət hesab olunur.
Parlamentdən verilən açıqlamaya görə, Hollivud aktyoru bu addımına görə 10 il həbs və ya 270 min dollar cərimə ilə cəzalandırıla bilər.
Mənbə:> Axar.az