Receb İvedikin fotosu başına bəla oldu – FOTO
Türkiyədə bir avtobus sürücüsü paylaşdığı şəklə görə həbs edilib.
ANS PRESS-in məlumatına görə, Soner Devecioğlu adlı şəxs haqqında əvvəllər də araşdırma aparılıb. Lakin 35 yaşlı sürücünün sözlərinə görə, işi aparan prokuror qəsdən araşdırmanı ləngidib. Soner də buna görə həmin prokurordan şikayət edib.
Daha sonra Soner Devecioğlu martın 19-da öz Facebook hesabında onu gizli izləyənlərə işarə edərək şəkil paylaşıb. Receb İvedik obrazının əl hərəkəti göstərdiyi həmin şəklin üstündə isə qeyd edib ki, bu şəkli onu Facebook vasitəsilə izləyən tanımadığı şəxslərə ünvanlayıb.
"Həmin prokuror bu şəkli ona işarə edərək paylaşdığımı düşünüb. Ona görə mənim və valideynlərimin evində prokurorun sanksiyası ilə axtarış aparılıb. Sonra isə məni qandallarla həbs ediblər", - deyə Soner bildirib.
İndi Soner Devecioğlu yenidən həmin prokurordan və onu həbs edən, evində axtarış aparan polislərdən şikayət etmək niyyətindədir. "Baş verənlərə görə mən işsiz qalmışam. Ona görə də şikayət edəcəm", - deyən Soner fikrindən dönməyəcəyini bildirib.
Mənbə:> ANSPRESS