Marşrut sürücüsü həbs olundu: "Uşağım olmuşdu, boğazımı yaşladım..." – FOTO
Bakıda 88 saylı marşrut avtobusunun sürücüsü Rövşən Rəşidov həbs olunub. O, hazırda DİN-in İnzibati həbs olunanların saxlanma məntəqəsində saxlanılır. Məntəqədəki qeydiyyat kitabında 88 saylı avtobusun sürücüsü kimi qeydə alınan Rövşən Rəşidov əvvələr orada işlədiyini, yol polisi tərəfindən saxlanılarkən özünün taksi kimi istifadə etdiyi "Tofaş" markalı avtomobillə olduğunu bildirib.
O deyib ki, Novruz bayramı günü – martın 21-də spirtli içki qəbul edərək taksi sürürmüş: "Hadisədən 3 gün əvvəl övladım dünyaya gəlmişdi. Sevincli idim. Bir balaca boğazımı yaşlamışdım. "Elit" ticarət mərkəzinin yanında yol polisləri "saxla" işarəsi verdilər, amma içkili olduğum üçün dayanmadım. Məni qovmağa başladılar. Mən də sürdüm. Axırda gəlib Bayılda tutdular".
Əməlindən peşman olduğunu deyən sürücü 10 gündür övladını görə bilməməsindən təəssüflənir: "Bu, bir səhv idi. Bir daha təkrar olunmaz. Heç kimə xoş deyid ki, ailəsindən, övladlarından uzaq düşsün. Bayram günü həbsə düşmək çox ağırdır".
Mənbə:> ANSPRESS