Ac tülkü özünə sendviç düzəltdi – VİDEO
Virtual dünyada tülkünün qeyri-adi hərəkətini əks etdirən qəribə bir video paylaşılıb.
ANS PRESS-in məlumatına görə, hadisə Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasının (ÇAES) yerləşdiyi kimsəsiz qəsəbədə baş verib.
Video çarxda yayılan görüntülərə görə, bölgədə araşdırma aparan heyətin üzvləri ətrafda dolaşan ac tülküyə bir az çörək və kolbasa verirlər.
Tülkü isə verilən qidanın bir qismini yesə də, sonra verilən ərzaqla sendviç hazırlayır və bu sendviçi ağzı ilə götürərək uzaqlaşır.
Xatırladaq ki, 1986-cı il aprelin 26-da ÇAES-in 4-cü enerji blokunda nüvə partlayışı baş verib və həmin tarixdən bəri bu yerdə heç kim yaşamır.
Mənbə:> ANSPRESS