Bu adamlar “şir ürəyi yeyib” – VİDEO
Banci-campinq (yüksəklikdən tullanmaq) həvəskarları daha bir ağlasığmaz hərəkətə imza atıblar.
ANS PRESS-in məlumatına görə, “Dream Jump” adlı professional banci-campinq paraşütçü qrupu Dubayda inanılmaz şou göstəriblər.
414 metr hündürlüyə malik olan “Princess Tower” binasına qalxan şir ürəyi yemiş bu paraşütçülər bir-birinin ardınca yüksəklikdən özlərini aşağıya doğru atıblar.
Aralarında qız idmançının da olduğu paraşütçü qrup heç bir maneə və problemlə üzləşmədən yerə eniblər.
Onların bu şousu izləyənlərin böyük marağına səbəb olub.
Mənbə:> ANSPRESS