Heydər Əliyevin şərəfinə qızıl iPhone 6 » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Foto

Heydər Əliyevin şərəfinə qızıl iPhone 6 – FOTO

Heydər Əliyevin şərəfinə qızıl iPhone 6


Caviar italyan brendi üzərində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəsmi olan qızıl telefonlar hazırlayıblar.

Heydər Əliyevin şərəfinə qızıl iPhone 6


Oxu.Az buro247-yə istinadən xəbər verir ki, yeni Supremo kolleksiyası iPhone 6 smartfonlarından ibarətdir. Kolleksiyaya daxil olan Supremo Aliyev, Supremo Aliyev Titano White Gold, eləcə də Azərbaycan gerbinin əks olunduğu modellər Perla Penna zərgərlik emalatxanasının ustaları tərəfindən yüksək peşəkarlıqla hazırlanıb.

Heydər Əliyevin şərəfinə qızıl iPhone 6
Heydər Əliyevin şərəfinə qızıl iPhone 6




Hər iki telefon ağ qızılla uyğunluqda titandan hazırlanıb, mükəmməl dizaynı isə bu modeli digərlərindən fərqləndirir. Onlardan birinin üzərində Azərbaycanın gerbi və Ümumilli liderin imzası, digərində isə imza ilə yanaşı, unudulmaz "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" sözləri və Azərbaycan bayrağı əks olunub. Limitli kolleksiyanı Caviar-Azərbaycan butikindən əldə etmək olar.

Heydər Əliyevin şərəfinə qızıl iPhone 6
Heydər Əliyevin şərəfinə qızıl iPhone 6




Qeyd edək ki, bu, Caviar-ın dünya liderlərinə və tanınmış şəxsiyyətlərə həsr olunan ilk kolleksiyası deyil. Bundan öncə Rusiya prezidenti Vladimir Putinin, boksçu Məhəmməd Əlinin, Apple şirkətinin təsisçisi Stiv Cobsun və Avropa İntibah dövrünün görkəmli mütəfəkkiri Leonardo Da Vinçinin portreti olan telefonlar buraxılıb.


Heydər Əliyevin şərəfinə qızıl iPhone 6



Xatırladaq ki, bundan öncə Caviar üzərində Azərbaycanın xəritəsi, bayrağı və gerbi olan Atlante kolleksiyasını buraxmışdı. Caviar brendi Apple iPhone modellərinin zərgərlik modifikasiyaları ilə məşhurdur. Bahalı Caviar aparatlarının hazırlanması üçün qızıl, brilyant, dəri, titan, nadir ağac növləri kimi bahalı materiallardan istifadə edilir. Telefonların hamısı əl işidir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *