Dünyanın ən bahalı telefonları » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı

Dünyanın ən bahalı telefonları – FOTO

Dünyanın ən bahalı telefonları


Mobil telefonlar bu gün öz əsas funksiyalarını demək olar ki, itiriblər. İndi insanlar onlardan daha çox internetə girmək üçün istifadə edirlər. Bəzi telefonlar isə nə internetə girir, nə də yeni sistemlərlə işləyə bilir. Buna baxmayaraq onların dəyəri milyonlarla ölçülür.
ANS PRESS bəzəkləri, daş-qaşlarına görə dünyanın ən bahalı telefonlarını təqdim edir.

Dizayner "Stuart Hughes"in 9 həftəsini alan bu iPhone 5 qızıl və almazlarla bəzədilib. Qiyməti isə 15 milyon dollardır.

Hər nə qədər keçmişdə qalan bir cihaz olsa da 500 almazdan hazırlanan iPhone 4 8,5 milyon dollara satılır.

Zərgər Piter Alloisonun hazırladığı özəl iPhone 3G-nin düyməsində özü boyda almaz qaş var. Buna görə də qiyməti 2.41 milyon dolardır.

"Nokia"nın telefonlarına əl atan Stuart Hughesin hazırladığı telefonun qiyməti 170 min dollardır.

"Ulysse Nardin Çairman" markalı bu telefonun üzərində 3 min almaz var. Buna görə də qiyməti 130 min dollardır.

"Black Insane" adlı bu telefon daş-qaşlara görə 120 min dollara satışa çıxarılıb.

"iPhone 4 History Edition" bu telefon 65 milyon yaşlı əfsanəvi heyvan hesab edilən "Tyrannosaurus Rex"in dişindən emal edilib. Qiyməti isə 70 min dollardır.

18 əyarlı qızıldan hazırlansa da internetə belə daxil ola bilməyən AE+Y 60 min dollardır.

"Gresso Luxor Las Vegas Jackpot"un arxa hissəsi dünyanın ən bahalı ağacından hazırlanıb. Düymələr cilalanmış safirdəndir. 45.5 karatlıq qara almazlar isə qabaq hissəni bəzəyir. Qiyməti isə 1 milyon dollardır.

"GoldVish Le Million" Ginnesin sertifikatını da alıb. 18 karat ağ qızıldan və 1800 almazdan ibarətdir. Qiyməti 1,5 milyon dollardır.

"Goldstriker iPhone 3GS Supreme" 3 milyon dollarlıq qiyməti ilə ən bahalı telefondur.

"King's Button iPhone 3GS" əsas düyməsi 6.6 karat almazdandır.

Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları
Dünyanın ən bahalı telefonları

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *