Yadplanetlilər əlaqə qurmağa çalışır — Yeni radio dalğalar kəşf edildi
Kanadanın “CHİME” rəsədxanası yadplanetlilərin yeni siqnalını kəşf ediblər.
“Ölkə.Az” xəbər verir ki, bu barədə layihə iştirakçıları məlumat veriblər.
“FRB180725A tipli ilk partlayışı kəşf etdikdən sonra bu tip bir neçə siqnal da əldə etdik. Bu siqnallar isə normadan 400 meqa hers fərqli idi. Onlardan heç biri eyni tezlikdə çalışan bizə məxsus radio şüalarla eyni deyil", - deyə Patrik Boyl yazıb.
FRB adlı sirli radio şüalanma partlayışları barədə astronomlar ilk dəfə 2007-ci ildə məlumat veriblər. Bu zaman Parks teleskopu vasitəsilə radio pulsar müşahidə edilirdi. Növbəti illərdə alimlər 30-dan çox belə siqnal kəşf etdilər. Onların müqayisəsi sübut etdi ki, bu siqnallar süni xarakter daşıyır və yerdənkənar sivilizasiyalara məxsus ola bilərlər.
İki il əvvəl yaz aylarında alimlər belə partlayışlardan birinin mənbəyinin Süd Yolu Qalaktikasından 6 milyard işıq ili uzaqda yerləşən elliptik qalaktikadır. İlk olaraq alimlər dalğaların neytron ulduzu və ya digər obyektlərin birləşməsi zamanı yarandığını düşündülər. Sonradan isə FRB partlayışların təkrarlanması bu teoriyanı şübhə altına qoydu.
Mənbə:> Ölkə.Az