Uçan taksilər reallığa çevrilir
Böyük Britaniyanın “Rolls-Royce” lüks avtomobil istehsalçısı “Electric Vertical Take Off and Landing” (EVTOL) elektrikli uçan taksi konseptini təqdim edib.
Oxu.Az CNN-ə istinadla xəbər verir ki, məlumatlara görə, uçan aparat saatda 400 kilometr sürətlə hərəkət edə və ümumilikdə, iki saat havada qalacaq.
Eyni anda taksiyə beş sərnişin əyləşə biləcək. Həmçinin, maşından yüklərin daşınması üçün istifadə ediləcək.
“Rolls-Royce” bildirib ki, uçan taksilər 2020-ci ilin əvvəllərindən istehsala təqdim olunacaq.
Mənbə:> Oxu.Az