“Rolls-Royce” illik xərclərini azaldır
Böyük Britaniyanın aviasiya sənayesi nəhəngi “Rolls-Royce” illik xərclərini 200 milyon dollar həcmində azaldacaq. ANS PRESS-in məlumatına görə, bu barədə şirkətin baş direktoru Uorren İst açıqlama verib.
Son dövrlərdə şirkətin gəlir və itkilərinə dair bəzi qaranlıq məqamların olması investorları narahat edir. Rəhbərlik bu narahatlıqları aradan qaldıracağını və qarşıda duran riskli yatırımlarla əlaqədar daha şəffaf mövqe tutacağını bildirib.
Bir müddət əvvəl şirkətin gəlir itirdiyinə dair xəbərlər şirkətin səhmlərinə də mənfi təsir etmişdi. Ayın əvvəlində rəhbərlik gələn il üçün gəlirlərin 650 milyon dollar azalacağını açıqlamışdı.
Rəhbərliyin xərcləri azaltması isə, iş yerlərinin ixtisarına səbəb olacaq. Artıq indidən 3 600 nəfərin işsiz qalacağına dair xəbərdarlıq da edilib.
Hazırda şirkətin 21 min işçisi var.
131 illik şirkəti “General Electric”dən sonra dünyanın 2-ci böyük təyyarə mühərriki istehsalçısıdır.
Mənbə:> ANSPRESS